Narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə tədbir keçirilib

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində tədbir keçirilib.

Tədbirdə narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin və narkomanlığın cəmiyyət üçün əsas problemlərdən biri olduğu qeyd olunub, onun mənəvi və əxlaqi dəyərlərə dağıdıcı zərbə vurması, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratması, əksər hallarda gənclərin vaxtsız ölümünə səbəb, həmçinin sosial-neqativ təzahürlərin kəskin artmasına şərait yaradan amillərdən olması diqqətə çatdırılıb.