Ucar Regional İdarəsində birgə praktiki təlim keçirilib

2026-cı ilin  Tədbirlər Planına uyğun olaraq Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar Regional İdarəsində strateji obyektərdə dövlət əmlakına qarşı cinayətkar qəsdlərin qarşısının alınması məqsədilə birgə praktiki təlim keçirilib.

Təlimdə Daxili İşlər, Fövqaladə Hallar nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və “bp-Azərbaycan” əməliyyat şirkətinin nümayəndələri iştirak ediblər.

Təlimin məqsədi xidməti ərazidəki strateji obyektdə dövlət əmlakına qarşı cinayətkar qəsdlərin qarşısının alınması, potensial kriminal təhdidlərə qarşı hüquq mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət, şəxsi heyətin praktiki vərdişlərinin artırılması və nəzarət mexanizminin təkmilləşdirilməsi olmuşdur.