Xəbərlər
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində hərbi qulluqçuların ilkin hazırlıq kursu başa çatmışdır
2026-cı ilin 27 aprel – 26 may tarixlərində Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində hərbi qulluqçular üçün ilkin hazırlıq kursu təşkil olunmuşdur.
Kursun proqramına uyğun olaraq şəxsi heyətə silah və döyüş sursatları ilə davranış zamanı təhlükəsizlik qaydalarına riayət olunması istiqamətində nəzəri və praktiki məşğələlər keçirilmiş, silahların taktiki-texniki göstəriciləri, işləmə prinsipləri, əsas hissə və mexanizmləri, həmçinin fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqinin hüquqi əsasları tədris edilmiş, strateji obyektlərin, o cümlədən ixrac neft və qaz boru kəmərlərinin və onlara aid infrastrukturun etibarlı mühafizəsi qaydaları izah olunmuşdur.
Təlimləri uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar təqdim edilmişdir.
01 iyun 2026 16:53
