Qaradağ Rayon İcra Hakimiyyətində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı iclas keçirilmişdir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirakı ilə Qaradağ Rayon İcra Hakimiyyətində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyanın iclası keçirilmişdir.

İclasda BP Azərbaycan Əməliyyat Şirkətinin, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin, Müdafiə, Daxili İşlər,  Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin, həmçinin Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələri iştirak etmişlər.

Komissiyanın iclasında ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyinə təhdid yarada biləcək risklərin, o cümlədən  mümkün yanğın hadisələrinin, terror və təxribat aktlarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üzrə fəaliyyət barədə müzakirələr və fikir mübadiləsi aparılmış, komissiya üzvlərinin məruzələri dinlənilmişdir.