Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar gənclərin növbəti sıra baxışı keçirilib

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi general-mayor Sərdar Səfərov Agentlikdə müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar gənclərin növbəti sıra baxışını keçirib.

Sıra baxışına Agentliyə onlayn qaydada müraciət etmiş və seçim turlarında normativlərə cavab verən gənclər qatılıb.

Agentlik rəisi general-mayor Sərdar  Səfərov sıra baxışında iştirak edən gənclərə xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.