Peşə bayramı münasibətilə yarış keçirilib
Əvvəlcə hərbi qulluqçular yarışın qaydaları və şərtləri barədə məlumatlandırılıblar. Qadın hərbi qulluqçuların da daxil olduğu yarışda on iki komandada təmsil olunan 48 əməkdaş iştirak edib.
Şəxsi birincilik üzrə qaliblər diplom və medallarla, qalib komandalar isə diplom və kubokla təltif olunublar.
Qeyd edək ki, atəş üzrə yarış əməkdaşlar arasında ilk dəfə olaraq keçirilir.