İxrac neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə xidməti müşavirə keçirildi
Müşavirə zamanı Azərbaycanın enerji təhlükəsizliyində rolu, şaxələnmiş boru kəmərlərinin iqtisadi əhəmiyyəti, Azərbaycan Respublikasının quru ərazisindən keçən ixrac boru kəmərlərinin və onların yerüstü obyektlərinin təhlükəsizliyinin təmini, kəmərlərin dəhlizində baş verə biləcək mümkün hadisələrin vaxtında qarşısının alınması, eləcədə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, mövcud risklərin azaldılması mövzusunda müzakirələr aparılmışdır. Müşavirənin yekunu olaraq tapşırıqlar və tövsiyələr protokollaşdırılıb.