Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Mətbuat xidmətinin məlumatı
Aşkar edilmiş beş ədəd 120 millimetrlik minaatanın (GVMZ-1) partlayıcısı “ANAMA” agentliyinin mütəxəssisləri tərəfindən zərərsizləşdirmək məqsədi ilə akt tərtib edilərək ərazidən götürülmüşdür. Bu zaman ixrac neft və qaz boru kəmərlərinə və onun yerüstü infrastruktur obyektlərinə heç bir zərər dəyməmişdir.