SOMDA-nın Xaçmaz regional idarəsində 31 Mart soyqırımı qurbanları anılıb.
Daha sonra SOMDA-nın Xaçmaz regional idarəsinin hərbi qulluqçularının iştirakı ilə Quba rayonunda yerləşən «Quba Soyqırımı Memorial Kompleksi»nə ekskursiya təşkil olunmuş və soyqırım qurbanlarının xatirəsi dərin ehtiramla yad edilərək, kompleksin önünə gül dəstələri qoyulmuşdur.