Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Siyəzən regional idarəsi Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı tədbir keçirdi.
Daha sonra, rayon İcra Hakimiyyəti başçısı və nümayəndələrı regional idarəyə dəvət olunmuş və idarənin akt zalında onlarla birlikdə tədbir keçirilmişdir.
Tədbirdə idarə rəisi polkovnik-leytenant Niyaməddin Zeynalov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq, Cənab Prezidentimizin sərancamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan olunması və bu məqsədlə müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyev haqqında danışmaq mənim üçün çox qürürverici bir hisdir. Heydər Əliyevi bir şəxsiyyət, dövlət xadimi və lider kimi dəyərləndirən aparıcı keyfiyyətlər sırasında millilik, milli köklərə bağlılıq həmişə öndə olub. Eyni zamanda, dövlətimiz və xalqımız üçün çox əhəmiyyətli olan, Ulu öndər tərəfindən əsası qoyulmuş neft strategiyası barədə danışan idarə rəisi hazırda əldə etdiyimiz bütün uğurlarımızın əsası məhz onun düzgün və uzaqgörən siyasətidir.
Bundan əlavə, tədbirdə iştirak edən Siyəzən rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzov və Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Samir Baxşıyev tərəfindən Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verildi.
Sonda tədbirdə iştirak edən qonaqlar tərəfindən regional idarənin həyətyanı sahəsində Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar şam ağacları və qızılgül kolları əkildi.
Bununla əlaqədar, Siyəzən rayon İcra Hakimiyyəti başçısı Novruz Novruzov tədbirin yüksək səviyyədə keçirilməsinə görə SOMDA rəhbərliyinə, eləcə də, Siyəzən regional idarəsinin şəxsi heyətinə öz minnətdarlığını bildirdi.