Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Yevlax regional idarəsinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində olublar
Belə ki, 07 mart 2023-cü il tarixdə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Yevlax regional idarəsinin şəxsi heyətinin iştirakı ilə rayon mərkəzində ucalan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin unudulmaz xatirəsinə ehtiramlarını ifadə ediblər. Daha sonra şəxsi heyət Heydər Əliyev mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında müxtəlif məqamları əks etdirən eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşlarının Ümummilli Liderin ömür yolunu əks etdirən fotoşəkillər əsasında verdikləri məlumatlar şəxsi heyət tərəfindən maraqla qarşılanmışdır.