İxrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur
Azərbaycan Respublikasının Daxili işlər, Fövqəlada hallar nazirliklərinin, Dövlət təhlükəsizliyi, Dövlət sərhəd, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi xidmətlərinin, Dövlət Neft Şirkətinin və BP Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələrinin iştirakı ilə keçirilmiş iclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 21 sentyabr tarixli 558s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “İxrac boru kəmərləri obyektlərinin təhlükəsizliyinin gücləndirilməsinə dair Tədbirlər Planı”nın tələblərindən irəli gələn vəzifələr müzakirə edilmiş, təhlükəsizliyin təmini ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.