19 iyun 2026 16:41

İxrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı Ucar Rayon İcra Hakimiyyətində iclas keçirilmişdir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının iştirakı ilə Ucar Rayon İcra Hakimiyyətində ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyi üzrə daimi fəaliyyət göstərən komissiyanın iclası keçirilmişdir.

Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və BP Azərbaycan Əməliyyat Şirkətinin nümayəndələrinin də iştirak etdiyi iclasda ixrac neft-qaz boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılmış, komissiya üzvlərinin məruzələri dinlənilmişdir.

Digər xəbərlər