Giriş
Bu Məxfilik siyasəti istifadəçilər (bundan sonra – istifadəçi və ya siz) tərəfindən “somda.gov.az” (bundan sonra – informasiya ehtiyatı) ziyarət olunan, təklif olunmuş xidmətlərdən istifadə edilən və ya bizimlə əlaqə saxlanılan zaman əldə edilmiş məlumatların (fərdi və texniki) toplanması, istifadəsi, qorunması, açıqlanması və verilməsi qaydalarını müəyyənləşdirir. Fərdi məlumatlar Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən səlahiyyət və vəzifələrinin icra olunması üçün “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq toplanılır, işlənilir və mühafizə olunur.
Toplanılan məlumatlar
Toplanan məlumatların məcmusu Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi (bundan sonra – SOMDA) tərəfindən informasiya ehtiyatından istifadənin təmin edilməsi üçün tələb edilən və toplanan məlumatlardır, qeyd olunanlarla məhdudlaşdırılmamaqla bu məlumatların dairəsi aşağıdakı kimi müəyyən olunur:
2.1. Şəxsi məlumatlar:
- İnformasiya ehtiyatının əlaqə vasitəsilə (info@somda.gov.az) edilən müraciətlərdə (ərizə, təklif, şikayət və sorğu) qeyd edilən məlumatlar (əlaqə məlumatlarınız, o cümlədən telefon nömrəniz, e-poçt, poçt indeksi və ünvanınız);
- İnformasiya ehtiyatının “məktub yaz” və “qəbula yazıl” bölmələri vasitəsilə təqdim edilən məlumatlar.
2.2. Texniki Məlumatlar (Bu informasiya ehtiyatınıziyarət etdiyinizdə avtomatik olaraq topladığımız texniki məlumatlar):
- Lokasiya məlumatınız;
- IP ünvanınız;
- Şəbəkə interfeysləri, cihazınızın növü və modeli, cihazınızdan alınan digər texniki məlumatlar;
- İstifadə məlumatları (məsələn, baxılan səhifələr, İnformasiya ehtiyatına keçirdiyiniz vaxt və s.).
Toplanılan məlumatların istifadəsi
Şəxsi məlumatlarınızı aşağıdakı məqsədlər üçün istifadə edirik:
- İnformasiya ehtiyatından istifadənizə kömək etmək və asanlaşdırmaq;
- İstifadəçi olaraq tərəfinizdən və ya adınızdan ünvanlanmış hər hansı sorğu, rəy və ya şikayətlərə geri dönüşü təmin etmək;
- Müraciətiniz və ya xidmətinizin statusu ilə bağlı sizinlə əlaqə saxlamaq;
- İnformasiya ehtiyatının təkmilləşdirilməsi çərçivəsində istifadəçi davranışını, meylləri və üstünlüklərini anlamaq üçün İnformasiya ehtiyatından istifadənizi izləmək və bu barədə anonimləşdirilmiş statistik məlumatlar hazırlamaq;
- Hüquqi və tənzimləyici tələblərə riayət etmək.
Toplanmış məlumatların paylaşılması, ötürülməsi və ya açıqlanması
İstifadəçi olaraq təqdim etdiyiniz və yuxarıda qeyd olunan əsaslarla toplanmış məlumatlar qanunla qadağan edilmədiyi halda, SOMDA tərəfindən aşağıda qeyd olunan üçüncü şəxslərin hər hansı biri ilə paylaşıla, ötürülə və açıqlana bilər:
- Hüquqi tələblərin və ya qanuni öhdəliklərin yerinə yetirilməsi məqsədilə qanunla müəyyən olunmuş hüquqi əsas çərçivəsində dövlət qurumları (o cümlədən də onların strukturuna daxil olan qurumlar və ya strukturuna daxil olmayan tabeliyindəki qurumlar) ilə;
- Xidmətlərimizi təqdim etməyə kömək edən üçüncü tərəf xidmət təminatçıları ilə (məsələn, İnformasiya texnologiyaları dəstəyi, məlumatların saxlanması və emalı xidmətləri, təhlükəsizlik və monitorinq sistemləri);
- Qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə qərarı nəticəsində açıqlanması tələb edilən məlumat olduqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında və qanunla müəyyən edilmiş digər qaydada üçüncü şəxslərə;
- Dövlət qurumları (xüsusilə də hüquq mühafizə orqanları) və məhkəmələr tərəfindən əməliyyat-axtarış fəaliyyətinin təmini, məhkəmə araşdırması, cinayət işinin araşdırılması, ictimai qaydanın mühafizəsi və o cümlədən də milli təhlükəsizliyin təmini məqsədilə.
Fərdi məlumatların mühafizəsi
“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, fərdi məlumatlar toplandığı andan mühafizə olunur. Şəxsi məlumatlarınızı icazəsiz daxilolma, açıqlama, dəyişmə və məhv etmədən qorumaq üçün uyğun texniki və təşkilati tədbirlər tətbiq edirik.
Məlumatların saxlanması
Şəxsi məlumatlarınızı bu Məxfilik siyasətində qeyd olunan məqsədləri yerinə yetirmək üçün Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq lazım olan müddət ərzində saxlanılır. Məlumatlarınızın istifadəsinə zərurət olmadığı zaman təhlükəsiz şəkildə məhv edilir.
İstifadəçi hüquqları
İnformasiya ehtiyatından istifadə ilə bağlı aşağıdakı hüquqlarınız təmin olunur:
- Barənizdə toplanılan və işlənilən fərdi məlumatlar, onların əldə edilmə mənbəyi, hüquqi əsası haqqında məlumat almaq;
- Məlumatların düzəldilməsi və ya yenilənməsi;
- Şəxsi məlumatların işlənilməsinə etiraz etmə və ya məhdudlaşdırma;
- Barənizdə toplanılan və işlənilən fərdi məlumatların məhv edilməsi;
- “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununda və digər qanunvericilik aktlatında nəzərdə tutulan digər hüquqlardan istifadə etmək. Bu hüquqları istifadə etmək üçün, bizimlə info@somda.gov.az və ya (+994 12) 435-45-39, (+994 12) 435-45-46 vasitəsilə əlaqə saxlayın.
Linklər
Portaldan digər veb-səhifə və mənbələrə aparan linklərə rast gələ bilərsiniz. Nəzərinizə çatdırmaq istəyirik ki, biz həmin informasiya ehtiyatının məxfiliyinə görə məsuliyyət daşımırıq və digər səhifələri baş çəkərkən, məxfilik siyasətləri ilə tanış olmağınızı məsləhət görürük. Bu qaydalar yalnız somda.gov.az vasitəsilə toplanılan məlumatlara şamil olunur.
Bu Məxfilik siyasətində dəyişikliklər
Tətbiq etdiyimiz praktikadakı və ya qanuni tələblərdəki dəyişiklikləri əks etdirmək məqsədilə bu Məxfilik siyasətinə dəyişiklik edə və ya yeniləyə bilərik. Əhəmiyyətli dəyişiklikləri informasiya ehtiyatınadərc edilməklə və qüvvəyə minmə tarixini göstərməklə sizi xəbərdar edəcəyik.
Əlavə məlumat
Bu Məxfilik siyasəti və ya SOMDA-nın fəaliyyəti ilə bağlı suallarınız varsa, aşağıdakı əlaqə vasitələrindən bizə müraciət edə bilərsiniz:
Ünvan: AZ1069, Bakı şəhəri, Nərimanov rayonu, Azad Hümbətov küçəsi, giriş 58
E-poçt ünvanı: info@somda.gov.az
Telefon nömrəsi: (+994 12) 435-45-39, (+994 12) 435-45-46.