Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa regional idarəsinin şəxsi heyəti Heydər Əliyev Mərkəzində olublar
Belə ki, 02 mart 2023-cü il tarixdə Ağstafa rayon İcra Hakimiyyətinin nümayəndəsi və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa regional idarəsinin şəxsi heyətinin iştirakı ilə rayon mərkəzində yerləşən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsinin qarşısına gül qoyma mərasimi keçirilmiş və şəxsi heyət tərəfindən Heydər Əliyev mərkəzi ziyarət edilmişdir. Mərkəzin əməkdaşlarının Ümummilli Liderin ömür yolunu əks etdirən fotoşəkillər əsasında verdikləri məlumatlar şəxsi heyət tərəfindən maraqla qarşılanmışdır.