Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəhbərliyi və şəxsi heyəti mart ayının 16-da - peşə bayramı günü münasibətilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Agentliyin rəhbərliyi və əməkdaşları Şəhidlər Xiyabanında Vətənimizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini anıb, məzarları üzərinə gül dəstələri düzüb, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.