Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ucar regional idarəsində komanda-qərargah təlimi keçirilib
Təlimin keçirilməsində məqsəd strateji obyektlərə yönəlmiş mümkün təhdidlərin qarşısının alınması, şəxsi heyətin döyüş və peşə hazırlığının artırılması, fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyət və idarəetmənin təşkilində təcrübənin gücləndirilməsi olub.
Təlim zamanı nasos stansiyasına şərti silahlı şəxslərin hücumu, ərazidə partlayıcı qurğuların aşkarlanması və zərərsizləşdirilməsi, təxribatçıların zərərsizləşdirilməsi və ilkin tibbi yardımın göstərilməsi üzrə əməliyyat tapşırıqları icra olunub. Təlimdə müxtəlif dövlət qurumlarının və aidiyyəti təşkilatların nümayəndələri iştirak ediblər.
Təlim uğurla başa çataraq qarşıya qoyulmuş məqsədlərə nail olunub.