Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi “İxrac neft və qaz boru kəmərində baş vermiş fövqəladə halların və şərti qəzanın aradan qaldırılması” mövzusunda təlim keçirib.
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyət planına əsasən aidiyyatı qurumların da cəlb edildiyi təliminin keçirilməsində məqsəd Bakı-Novorossiysk ixrac neft boru kəmərinin və onun infrastruktur obyektlərində baş verə biləcək fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması olub.
Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.