Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin regional idarələrində 30 illik yubiley qeyd edildi.
Xüsusi dövlət mühafizə orqanlarının yaranmasının 30-cu ildönümü münasibətilə yerli icra hakimiyyəti və digər aidiyyəti orqanlarla birgə tədbirlər regional idarələrin akt zalında davam etdirilmişdir.
Tədbirin sonunda Agentliyin rəisi tərəfindən təltif edilmiş regional idarələrin xidmətdə fərqlənən və öz vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçularına “Azərbaycan Respublikasının strateji obyektlərin mühafizəsi orqanlarının yaradılmasının 30 illiy”i yubiley medalı, digər medal və mükafatlar təqdim edilmişdir.